| Xəbər |
27.01.2012 11:00 RÜŞVƏTƏ GÖRƏ İŞDƏN QOVULAN POLİSLƏR BARƏSİNDƏ CİNAYƏT İŞİ BAŞLANIB
Ötən il korrupsiya ilə bağlı Azərbaycanın prokurorluq işçiləri barəsində də cinayət işi başlanıb. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, ötən il 5 prokurorluq işçisi barəsində 4 cinayət işi istintaq edilib.
Həmin işlərdən birinin istintaqı yekunlaşaraq məhkəməyə göndərilib və hökm çıxarılıb, 3-ü isə hazırda icraatdadır. Bundan başqa, korrupsiya hüquqpozmalarına yol verən 6 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, onlardan biri prokurorluq orqanlarından xaric edilib.
K.Əliyev Baş Prokurorluqda rüşvət aldıqlarına görə işdən qovulan DYP əməkdaşları barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlandığını, istintaq davam etdirildiyini deyib.
Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin əməkdaşları – Fəqan Əvəzov, Natiq Məmmədov və Emin Paşayev xidməti vəzifələrinin icrası zamanı yol hərəkəti qaydalarını pozmuş sürücülər barəsində qanunla nəzərdə tutulmuş inzibati tədbirlər görmədiklərinə görə daxili işlər nazirinin müvafiq əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilməklə barələrində toplanmış materiallar əməllərinə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib
|
| 26.01.2012 11:22 BAŞ REDAKTORUN ANASI RƏHMƏTƏ GEDİB |
| 26.01.2012 08:00 DAŞALTI ƏMƏLİYYATINDAN 20 İL KEÇİR |
| 25.01.2012 20:20 BAKI "EUROVİSİON-2012"-yə EV SAHİBLİYİNİ RƏSMƏN QƏBUL ETDİ |
| 24.01.2012 14:14 “FRANSA İLƏ ƏLAQƏLƏRƏ YENİDƏN BAXILMALIDIR” |
| Siyasət |
26.01.2012 15:05 İSA QƏMBƏR PREZİDENTLİYƏ NAMİZƏD İRƏLİ SÜRÜLƏCƏK
Tofiq Yaqublu: “Məsələ qurultayın gündəliyinə salınacaq”
“İsa Qəmbər növbəti qurultayda başqanlıqdan getsə də, onun 2013-cü il seçkiləri üçün prezidentliyə namizədliyi irəli sürüləcək”. Bu sözləri Modern.az saytına Müsavat başqanının müavini Tofiq Yaqublu deyib. Onun sözlərinə görə, bununla bağlı məsələ mart ayının əvvəllərində keçirilməsi nəzərdə tutulan qyrultayın gündəliyinə də salınacaq: “Doğrudur, hələ ki qurultayın gündəliyi tam bəlli deyil. Amma partiyadaxili müzakirələrdə bu məsələyə xüsusi önəm verilir. Partiya üzvlərinin də böyük əksəriyyəti İsa Qəmbərin başqanlıqdan getməsinə baxmayaraq, 2013-cü il seçkilərində prezidentliyə namizədliyinin irəli sürülməsinin tərəfdarıdır”. |
| 24.01.2012 14:48 ADİL QEYBULLA BAŞQANLIĞA NAMİZƏD OLACAĞINI İSTİSNA ETMİR |
| 24.01.2012 10:28 MÜSAVATIN QURULTAYINDA BAŞQAN SEÇKİSİ KEÇİRİLMƏYƏ BİLƏR |
| 23.01.2012 14:00 AZƏRBAYCAN və RUSİYA PREZİDENTLƏRİ BİR ARADA |
| 19.01.2012 19:30 PREZİDENT İRAQ PARLAMENTİNİN NÜMAYƏNDƏ HEYYƏTİNİ QƏBUL EDİB |
| İqtisadiyyat |
27.01.2012 11:40 NAZİRLƏR KABİNETİ 2013-cü İLİN BÜDCƏ LAYİHƏSİNİN HAZIRLANMASINA START VERİB
|
| 19.01.2012 14:49 "2011 SOSİAL-İQTİSADİ GÖSTƏRİCİLƏRİ QƏNAƏTBƏXŞ HESAB ETMƏK OLAR" |
| 19.01.2012 14:28 AZƏRBAYCAN NEZ-in TİKİNTİSİNDƏ MARAQLIDIR |
| 18.01.2012 19:00 2012-İQTİSADİ PROQNOZLAR |
| 17.01.2012 09:15 Ş.MUSTAFAYEV:"OTƏN İL İQTİSADİYYATIMIZ RƏQABƏT SƏVİYYƏSİNƏ GÖRƏ MDB-də 1--ci OLUB" |
| Mədəniyyət |
18.01.2012 12:15 İTALİYA,BELARUS, GÜRCÜSTAN OPERA ULDUZLARI BAKIDA
Yanvarın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Traviata” operasının tamaşası keçiriləcək. Tamaşanı Belarus Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Vyaçeslav Voliç idarə edəcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşada əsas partiyalardan biri – Alfred partiyasını tanınmış italyan tenoru Rikardo Mirabelli ifa edəcək. Jermon rolunda Vokalçıların Bülbül adına I Beynəlxalq müsabiqəsinin Birinci mükafatının sahibi Besik Qabitaşvili, Violetta partiyasında gənc və istedadlı vokalçısı İlahə Əfəndiyeva çıxış edəcək. Tamaşada, həmçinin Azərbaycan Opera və Balet Teatrının aparıcı solistləri Əli Əsgərov (Markiz d`Obinyi) və Əkrəm Poladov (Doktor Qrevil) iştirak edəcəklər |
| 16.01.2012 20:19 "EUROVİSİON-2012" MAHNI MÜSABİQƏSİNDƏ SƏSVERMƏ QAYDALARI DƏYİŞDİRİLİB |
| 12.01.2012 18:48 "EUROVİSİON-2012" ÜÇÜN NÖVBƏTİ KASTİNQLƏR KEÇİRİLƏCƏK |
| 09.01.2012 20:30 "TARİXƏ DAİR ƏSƏRLƏR" KİTABI NƏŞR OLUNMUŞDUR |
| 09.01.2012 20:30 "TARİXƏ DAİR ƏSƏRLƏR" KİTABI NƏŞR OLUNMUŞDUR |
| Dünya |
26.01.2012 16:34 TÜRKİYƏDƏN FRANSAYA B VƏ C PLANI
Qanunun ləğv edilməsi üçün Fransa Konstitusiya Məhkəməsinə müraciət ediləcək
Ankara Fransız şirkətlərinə embarqonun tətbiqinə başlayır
Fransanın qondarma “Erməni soyqırımı”nı inkarını cinayət sayan qanunu qəbul etməsi Türkiyəni “B Planı”nı həyata keçirməyə məcbur edir. Bu plan da həyata keçməsə, o zaman “C Planı” işə düşəcək. Məqsəd isə birdir. Türkiyə Fransanı buna peşman etmək istəyir.
Bu planı qabardan Türkiyənin haber7.com portalının iddiasına görə, “B planı”nda hökumətdə xəyanətkar fransızların qalmayacağı göstərilib. Əvvəl hüquqi müstəvidə mübarizə başlayacaq, sonra diplomatik və iqtisadi sanksiyaların tətbiqinə start veriləcək.
|
| 26.01.2012 14:12 TÜRKİYƏ VƏ RUSİYA SURİYAYA HƏRBİ MÜDAXİLƏNİN ƏLEYHİNƏ ÇIXDILAR |
| 26.01.2012 10:05 FRANSA SENATI İKİ YERƏ BÖLÜNÜB |
| 25.01.2012 15:00 NAZIRLƏR DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİ MÜZAKİRƏ EDİBLƏR |
| 25.01.2012 09:31 İKİ QARDAŞ ÖLKƏ FRANSAYA QARŞI BİRLƏŞDİ |
| Əyalət |
27.01.2012 17:41 PREZIDENT ADMINSTRASIYASINA YÜRÜŞ HAZIRLANIR
İmişlidə məmur özbaşınalığı gün-gündən artır. Bütün sahələrdə ciddi problemlər yaşanır. Təhsil, səhiyyə və digər sahələrdə baş alıb gedən özbaşınalıq xalqın istismar olunmasına hesablanıb. Əhali yoxsulluq içində yaşadıqca problemlər hər gün bir az da artır.
Bu fikirləri Bia.az-a şikayət məktubu ilə müraciət edən və məmur özbaşınalığından şikayət edən İmişli rayon sakini Ağayev Əlixas Sahib oğlunun dilindən səsləndirilib. M. Müşfiq küçəsi 107 saylı ünvanında yaşayan Ağayev Əlixas bildirib ki, yanvarın 27-də İmişli rayon icra hakimiyyəti başçısı Əbülfəz Ağayevin səhlənkarlığı, vəzifəsinin öhdəsindən gələ bilməməsinin ucbatından evinin hasarını və darvazasını icra hakimiyyətinin əməkdaşları və məhkəmənin icraçıları uçurtmağı qərara alıblar: “Qərarı saxta sənədlər üstündə qurublar. Belə ki, İmişli rayon icra hakimiyyəti mənə 26.04.2010-cu ildə arayış verib ki, 107 saylı ünvanda darvaza açılsın.
|
| 21.01.2012 15:00 YARDIMLI VƏ LERİK RAYONLARINDA QARIN QALINLIĞI 60-80 sm. ÇATIB |
| 19.01.2012 22:00 ITKİN DÜŞƏN QAX RAYON SAKİNİ TAPILARAQ AİLƏSİNƏ TƏHVİL VERİLDİ |
| 19.01.2012 16:16 LƏNKƏRANIN DAĞLIQ YAŞAYIŞ MƏNTƏQƏSİNDƏ TORPAQ SÜRÜŞMƏSİ BAŞ VERİB |
| 18.01.2012 10:03 BƏXTİYAR HACIYEVİN ƏMİSİ OĞLU UNİVERSİTETİ MƏHKƏMƏYƏ VERİB |
| İdman |
24.01.2012 11:42 ƏN YAXŞI HAKİMLƏR ARASINDA AZƏRBAYCANLI YOXDUR
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası son 25 ilin ən yaxşı futbol hakimlərinin siyahısını açıqlayıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, italiyalı Pyerluici Kollina 191 xalla hamını qabaqlayıb. Alman fit sahibi Markus Merk isə ikinci ən yaxşı hakim olub. İlk üçlüyü danimarkalı Kim Milton Nilsen qapayır. Siyahıda 151 hakimin adı yer alıb ki, bunlar arasında Azərbaycan təmsilçisi yoxdur.
Ceyhun Əhmədov
|
| 19.01.2012 13:37 "BAKI":"VOBAYIN TRANSFERİ MÜMKÜNDÜR" |
| 17.01.2012 20:30 "NEFTÇİ" II BUNDESLİQA KLUBUNA UDUZDU |
| 11.01.2012 11:12 FATİHİN AÇIQLAMASI |
| 10.01.2012 16:37 Ə.İSMAYILOV BATE-YƏ KEÇƏ BİLƏR |
| Kriminal |
25.01.2012 13:55 RAMİL USUBOV AZƏRBAYCANDA BAŞ VERMİŞ CİNAYƏTLƏRİ AÇIQLADI
Yanvarın 24-də Daxili İşlər Nazirliyində 2011-ci ildə cinayətkarlığa qarşı mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib. DİN mətbuat xidmətindən Modern.az-a bildirlib ki, iclasda daxili işlər naziri, general-polkovnik Ramil Usubov hesabat məruzəsi ilə çıxış edib. Nazir deyib ki, Azərbaycan cinayətkarlıqla mübarizənin nəticələrinə görə 2011-ci ildə də MDB və Şərqi Avropa məkanında tutduğu öncül mövqeyi qoruyub saxlayıb. Nazirin sözlərinə görə, qeydə alınmış 22.982 cinayətin 90 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 10 faizini ağır və xüsusilə ağır növlər təşkil edib. Ağır və xüsusilə ağır cinayətlər 6,5 faiz, o cümlədən qəsdən adam öldürmə və ona cəhdlər 2,2 faiz, quldurluqlar 11 faiz, hədə-qorxu ilə tələb etmələr 29,2 faiz azalıb, adamları girov götürmə və banditizm faktları qeydə alınmayıb.
|
| 25.01.2012 12:32 BAŞ PROKURORLUQ: “DƏLƏDUZ ŞİRKƏTİN VƏZİFƏLİ ŞƏXSLƏRİ HƏBS OLUNUB” |
| 24.01.2012 16:00 AZƏRBAYCANDA 186 MÜTƏŞƏKKİL CİNAYƏTKAR QRUPU ZƏRƏRSİZLƏŞDİRİLİB |
| 24.01.2012 09:23 TÜRKİYƏDƏ “AT OYNADAN” AZƏRBAYCANLI FAHİŞƏLƏR |
| 19.01.2012 21:30 SABİQ RƏİS DƏLƏDUZLUQDA TƏQSİRLƏNDİRİLİR |
| KIVDF |
26.01.2012 13:28 QLOBALLAŞMA AZƏRBAYCANIN QARŞISINDA ÇOX BÖYÜK PERSPEKTİVLƏR AÇIR
1971-ci ildən başlayaraq mütamadi keçirilən Davos Ümumdünya İqtisadi Forumu (DİF) iqtisadi məsələlərin müzakirəsi üçün dünyanın əsas meydanlarından biri hesab olunur. Forumda əsasən nəhəng şirkətlərin rəhbərləri, dövlət və hökumət başçıları iştirak edirlər. Tədbir iştirakçıları adətən, qlobal iqtisadiyyatın problemlərini və perspektivlərini müzakirə edir, bu kontekstdə ideya mübadiləsi aparırlar. |
| 23.01.2012 13:40 RAGT RUSİYANIN AZƏRBAYCANLI GƏNCLƏRİNİN HƏRƏRKƏTVERİCİ QÜVVƏSİDİR |
| 23.01.2012 13:37 "AZƏRBAYCAN VƏ GÜRCÜSTAN KİMİ DÖVLƏTLƏRİN DOSTLUQ ƏLAQƏLƏRİ ÇOX MÜHÜM ƏHƏMİYYƏT DAŞIYIR " |
| 23.01.2012 13:33 AZƏRBAYCANIN DÜNYA BİRLİYİNƏ İNTEQRASİYASINDA HEYDƏR ƏLİYEV FONDUNUN YERİ VƏ ROLU |
| 23.01.2012 13:28 "GÜRCÜSTAN AZƏRBAYCANIN ƏN BÖYÜK SƏRMAYƏ YATIRDIĞI ÖLKƏLƏRDƏN BİRİDİR " |
| Cəmiyyət |
27.01.2012 17:06 FRANSAYA QARŞI ETİRAZLAR SƏNGİMİR
Bütöv Azərbaycan Gənclər Təşkilatının təşkil etdiyi aksiyaya digər gənclər təşkilatlarının fəal üzvləri də qoşulmuşdular. Gənclər “Sahil” metrostansiyasının çıxışına toplaşaraq elan olunan vaxtda yürüşə başladılar. Elan olunmuş aksiya ilə bağlı paytaxt polisi səhər saatlarında səfirliyin dörd bir tərəfini nəzarətə götürmüşdü. Fransa səfirliyinin qarşısında mühafizə gücləndirlimişdi. “Malakan” bağına doğru gedən aksiya iştirakçıları burada polis əngəli ilə qarşılaşdılar. Polis gənclərin səfirliyin qarşısına yığışmasına imkan vermədi.
|
| 27.01.2012 14:49 SULUTƏPƏDƏ AKSİYA |
| 26.01.2012 18:36 AKİF NAĞIı: “İMKAN VERSƏM, GƏNCLƏR O QƏBİRLƏRİ DAĞIDAR” - |
| 25.01.2012 15:45 NEFTÇİLƏRƏ MƏNZİL TİKİLMƏSİ ÜÇÜN 106 HEKTAR TORPAQ SAHƏSİ AYRILIB |
| 25.01.2012 15:15 TALIB AXUNDOV OĞLUNUN KÖNÜLLÜ ƏSİR DÜŞMƏSİNƏ İNANMIR |